
Azərbaycan nefti bahalaşıb.
Ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 2,16 dollar və ya 6,49% çoxalaraq 35,42 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,84 dollar artaraq 31,48 dollar təşkil edib.
CE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,45 dollar azalaraq 34,24 dollar olub.
Qaynar.info