Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb. Azərbaycan Dövlət Neft Şirkətindən anspress-ə verilən məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 56‚96 dollardır. Azərbaycan neftinin qiyməti 0‚31 dollar, yaxud 0‚54% ucuzlaşıb.
Nyu-York və London birjasında neft fyuçerslərinin qiyməti ucuzlaşmağa davam edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,22 % (1.08 dollar) azalaraq 47,60 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1.18 dolar enərək 55,11 dollar olub.
Qeyd edək ki, bir müddət əvvəl OPEC açıqlamasında bu il neftin qiymətinin 60-70 dollar arasında olacağını bəyan etmişdi.
Qaynar.info