Xəbər lenti

Ermənistanın yeni baş naziri məlum oldu
Dünya18:55 08.09.2016

Ermənistanın yeni baş naziri məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın hakim Respublika partiyası İrəvanın keçmiş meri, 53 yaşlı Karen Karapetyanın Baş nazir postuna namizədliyini təsdiqləyib.

Qafqazinfo-nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Milli Məclisin (parlamentin) xarici əlaqələr üzrə daimi komitəsinin sədri Artak Zakaryan bildirib.

Qeyd edək ki, sabiq baş nazir Ovik Abramyan bu gün hökumətin iclasında istefa verdiyini söyləyib. O, bu posta 2014-cü ilin aprelində təyin olunmuşdu.

Qaynarinfo.Az