Xəbər lenti

Bu rayonlarda qaz olmayacaq
Ölkə08:51 21.06.2014

Bu rayonlarda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təbii qazın verilişində fasilələr qaz nəqli sistemində təmir işləri ilə əlaqədardır.

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Qaynar.info xəbər verir ki, “Azəriqaz” İB-dən ANS PRESS-ə verilən məlumata görə, 22.06.2014-cü il tarixində saat 10:00-dan 18:00-dək Səbail, Yasamal və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qeyd edilən rayonların təbii qaz təchizatında məhdudiyyətlərin olması qaz nəqli sistemində təmir işləri ilə əlaqədardır.