Xəbər lenti

Bir gündə 3 nəfər boğuldu
Ölkə10:29 16.06.2014

Bir gündə 3 nəfər boğuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Üç nəfər bir gündə suda boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Sabirabad rayonu Cavad kənd sakini Vüsal Rüstəmov kəndin ərazisindən keçən su kanalında çimərkən boğulub.

Saatlı şəhər sakini Rəvan Əliyev şəhərin ərazisindən keçən kanalda çimərkən boğulub.

Gəncə şəhər sakini, azyaşlı İsmayıl Nəsibov yaşadığı evin həyətində oynayarkən hovuza yıxılıb və köməksiz vəziyyətdə qalaraq boğulub.

Qaynar.info