Xəbər lenti

Hüquq müdafiəçisi həbs edildi
Ölkə15:53 12.06.2014

Hüquq müdafiəçisi həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün axşam saatlarında “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının koordinatoru, hüquq müdafiəçisi Elşən Həsənov “Koroğlu” metro stansiyası yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparılıb. 
Hüquq müdafiəçi saxlanılarkən ailəsinə zəng vurmağa macal tapıb. O, çəkiliş apararkən həbs edildiyini bildirib. Hazırda onun telefonuna zəng çatmır.
Qaynar.info xəbər verir ki, bu barədə musavat.com-a Elşən Həsənovun həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, 2 saatdır ki, hüquq müdafiəçisindən xəbər yoxdur.
Qaynar.info