Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:24 15.04.2017

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 
Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı  ehtimalı var, şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qaynar"a verilən məlumata görə, havanın temperaturunun gecə 8-11° isti, gündüz 15-19° isti, Bakıda gecə 9-11° isti, gündüz  16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu,nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Qaynar.Az