Xəbər lenti

İlham Əliyev onları mükafatlandırdı - SİYAHI
Ölkə09:56 29.05.2014

İlham Əliyev onları mükafatlandırdı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev 2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. 

Həmin sərəncamla dövlət mükafatları elm sahəsi üzrə Tofiq Murtuza oğlu Nağıyevə (“Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyasına görə), mədəniyyət sahəsi üzrə Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə (Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə) və Ramiz Eyyub oğlu Quliyev (konsert-ifaçılıq fəaliyyətinə görə), ədəbiyyat sahəsi üzrə Elmira Hüseyn qızı Axundovaya (“Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə) verilib.

Qaynar.info