Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə06:27 19.05.2014

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan ərazisində havanın temperaturu 4-5 dərəcə düşəcək, şimal küləyi güclənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 2 gün ərzində ölkə ərazisində müşahidə olunacaq ilkin proqnozu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, sabahdan şimal küləyinin güclənəcəyi gözlənilir. 

Onun sözlərinə görə, şimal küləyinin güclənməsi nəticəsində ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək. 

Belə hava şəraiti mayın 20-də və 21-də müşahidə olunacaq. 

Qaynar.info