Xəbər lenti

Suriyada daha bir azərbaycanlı öldürüldü
Ölkə06:48 27.01.2014

Suriyada daha bir azərbaycanlı öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada “Muhammmed” ləqəbli azərbaycanlı döyüşçü öldürülüb

APA-nın məlumatına görə, mücahidlər həmin azərbaycanlının fotosunu yayıblar.

“Muhammmed” ləqəbli azərbaycanlının Bəşər Əsəd tərəfdarları tərəfindən öldürüldüyü bildirilir. Onun kimliyi və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. 

Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. 

Qaynar.info