Xəbər lenti

Bakıda sərnişin avtobusu yandı
Ölkə07:58 23.01.2014

Bakıda sərnişin avtobusu yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanvarın 22 və 23-də Biləcəri-Binəqədi xətti üzrə hərəkət edən 170 nömrəli sərnişin avtobuslarında yanğın baş verib.

AzNews.az xəbər verir ki, yanğın səhər 8.30 radələrində qeydə alınıb.

Hər iki yanğın zamanı avtobusda 60-70-ə yaxın şərnişin olub.

Avtobus sürücülərinin sözlərinə görə, hadisəyə nəqliyyat vasitəsinin texniki nasazlığı səbəb olub. Yanvarın 23-də 170 nömrəli sərnişin avtobusunda təkrar yanğın hadisəsi ilə üzləşən sərnişinlərlə sürücü arasında insident yaşanıb.

Sürücü onu ittiham edən sərnişinlərdən özünü müdafiə edərək: “Mən nə edim? Hamı bilir ki, 170 nömrəli avtobuslar texniki cəhətdən nasazdır.
Bunu dəfələrlə desək də, mənası yoxdur. Təzə avtobuslar verilməlidir. Bu avtobuslarda günlərin birində dəhşətli hadisə baş verəcək”, - deyə bildirib.

Qaynar.info