Xəbər lenti

Sabah qar yağacaq
Ölkə08:34 20.01.2014

Sabah qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yanvarın 21-ə gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya verdiyi məlumata görə, yanvarın 21-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı, gündüz dəyişkən buludlu olacağı gözlənilir.
 
Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 1-3 dərəcə, gündüz 4-6 dərəcə isti olacaq.
 
Azərbaycan rayonlarında yanvarın 21-də havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 isti, dağlarda 5-10 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Qaynar.info