Xəbər lenti

Bakıda yeni avtomobil yolu tikilir
Ekonomiks11:12 31.07.2013

Bakıda yeni avtomobil yolu tikilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda Həsən Əliyev küçəsinin başlanğıcından Böyük Şor qəsəbəsində (Sabunçu rayonu ərazisi) tikilən Olimpiya Stadionuna qədər yeni avtomobil yolu çəkiləcək. 

Bunu «APA-Economics»ə açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.

 Onun sözlərinə görə, bu, Nazirliyin həyata keçirdiyi ən böyük layihələrdən biri olacaq: «Layihə Böyük Şor qəsəbəsində yeni avtomobil yolunun və yol ötürücüsünün tikintisini nəzərdə tutur. Bu yol Heydər Əliyev prospektinə paralel olacaq. Hava limanına qədər uzancaq bu yolun uzunluğu 20 km-dən artıq olacaq», - deyə N.Həsənov bildirib.

 Qeyd edək ki, bu layihənin 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına qədər başa çatdırılması planlaşdırılır.