Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə09:55 27.12.2013

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumat görə, dekabrın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 2-7, gündüz 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır.

Dekabrın 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info