
Sabah Azərbaycan ərazisində hava dəyişəcək, temperatur bir neçə dərəcə enəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşama doğru Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağıntılı olacaq. Şimal küləyi güclənəcək.
Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın temperaturu 6-8, ikinci yarısında isə 1-3 dərəcə isti olacaq.