Xəbər lenti

Sumqayıtda intihar cəhdinin qarşısı alındı
Ölkə17:18 29.11.2013

Sumqayıtda intihar cəhdinin qarşısı alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs ruhi xəstədir və giriş qapısını içəridən intihar etmək məqsədilə bağlayıb. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.
 
İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.


Qaynar.info