Xəbər lenti

Bakıda bazar yandı
Ölkə06:13 01.11.2013

Bakıda bazar yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nəsimi rayonunda A.Mustafayev küçəsi 30 saylı ünvanda yerləşən "Kəndçi" bazarında yanğın baş verib. 

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bazarın ərazisində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın lambirdən ibarət tavanı, kondisioner və kassa aparatı yanıb. 

Alov bazar yaxınlığındakı vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan Avtogigiyena Mərkəzinə də keçib. Burada təmirə dayanmış “Mercedes” markalı minik avtomobili də yanıb. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın saat 04:25 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info