Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə07:38 14.09.2013

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin Milli HidrometeorologiyaDepartamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanıntemperaturunun gecə 16-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeronçimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24,Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.
 
Azərbaycanınrayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakingecə və səhər bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağıehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunungecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə istiolacağı gözlənilir.

Qaynar.info