Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə06:43 05.09.2013

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s sürəti ilə əsəcək, gündüz 8-13 m/s sürətlə cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 6-da arabir yağış yağacaq, gündüz kəsiləcək.

Sentyabrın 7-də isə rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Respublikanın cənub rayonlarında yağışın sentyabrın 7-də gündüz tədricən kəsiləcəyi gözlənilir.

Havanın temperaturunun Aran rayonlarında gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info