
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində müxtəlif peşə və ixtisaslar üzrə fəhlə, mütəxəssis və rəhbər işçi kateqoriyaları üzrə işçi qəbulu davam edir.
Şirkətin İnsan resursları Departamentindən Anspress-ə verilən məlumata görə hazırda şirkətin korporativ veb saytında ( www.socar.az ) 100-dən çox vakansiya elan edilib.
Vakansiyalar əsasən neft qaz hasilatı, tikinti və qaz təsərrüfatı sahələrini əhatə edir. Məlumat üçün bildirilir ki, işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər http://careers.socar.az/VacancyList link-inə daxil olmaqla iş təcrübəsinə, ixtisas və peşələrinə uyğun elan edilmiş müxtəlif vakansiyalar üzrə elektron müraciət edə bilərlər.