
Bakının mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsində həyəcanlı anlar yaşanıb.
Milli.Az-a daxil olan məlumata görə, Tbilisi prospektində İST-Petrol yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb.
Fövlqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az-a bildirildi ki, hadisə yerinə yanğınsöndürmə briqadası göndərilib.
Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, ərazidə tıxac yaranıb.
Qaynar.info