Xəbər lenti

Bakıda yol polisini döydülər
Ölkə06:14 23.08.2013

Bakıda yol polisini döydülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün paytaxtın Binəqədi rayonunda yol polisi əməkdaşı döyülüb. 

Hadisə Binəqədi şossesində qeydə alınıb. Belə ki, "Daewoo nexia" markalı avtomobilin sürücüsü Tural İsmayılov avtomobili idarə edərkən   yol hərəkəti qaydalarını pozub və Bakı şəhər Dövlət yol polisi əməkdaşı  Mirzalı Hacıalıyev tərəfindən saxlanılıb. Bu zaman Tural İsmayılov və Mirzalı Hacıalıyev arasında mübahisə yaranıb və nəticədə polis əməkdaşı sürücü və avtomobildə olan sərnişin tərəfindən döyülüb.

Mirzalı Hacıalıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan aldığımız məlumata görə, xəsarət alan polis əməkdaşı tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Binəqədi rayon 4-cü polis bölməsindən "ATV Xəbərə" verilən məlumata görə, hadisəni törədən şəxslərin izahatı alınaraq sərbəst buraxılıb. Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info