Xəbər lenti

Sabah yağış yağacaq
Ölkə08:24 12.08.2013

Sabah yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı və Abşeron yarımadasında avqustun 13-də yağmursuz hava şəraiti müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub- şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 13-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-25, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 21-25 dərəcə isti olacağı proqnozlaşdırılır.

Yaxın 3 gün ərzində Abşeron yarmadasında nisbətən sabit hava şəraiti olacaq.

Qaynar.info