Xəbər lenti

Bakıya yağış yağacaq
Ölkə08:27 26.07.2013

Bakıya yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sərin hava şəraiti davam edəcək

Şənbə günü ölkə ərazisində küləkli hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 27-də Bakı və Abşeron yarımadasında dəyişkən hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz olacaq. Lakin səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, gündüz əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlıq rayonlarda gecə 10-15, gündüz 18-23 dərəcə olacaq.


Qaynar.info