Xəbər lenti

İlham Əliyev Türkiyəyə gedəcək
Ölkə07:17 24.07.2013

İlham Əliyev Türkiyəyə gedəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri nəzərdə tutulub. 

Bu barədə SalamNews-a diplomatik mənbədən məlumat verilib.

Bildirilib ki, səfər bu ilin noyabrında reallaşacaq. Ölkə prezidentinin rəhbərlik etdiyi böyük nümayəndə heyəti noyabrda Türkiyədə keçiriləcək Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak edəcək. 

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət edəcək sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda bu istiqamətdə iş gedir.