Xəbər lenti

Bakıda daha bir yol bağlandı
Ölkə06:02 08.07.2013

Bakıda daha bir yol bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda böyük prospektin bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Tbilisi prospektinin cənub istiqamətinə Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsindən Akademik Şəfaət Mehdiyev küçəsi ilə kəsişməyə qədər olan hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) təmir tikinti işləri ilə əlaqədar olaraq yol bağlıdır. Sürücülərin alternativ olaraq Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələrindən istifadə etmələri xahiş olunur.

Məlumat üçün qeyd edək ki, hazırda həmin ərazidə böyük tıxac yaranıb.

Qaynar.info