Xəbər lenti

Gənc alimlərə şad xəbər
Ölkə09:11 10.07.2013

Gənc alimlərə şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda gənc alimlərin mənzil problemləri məsələsinin həll olunması istiqamətində xüsusi sərəncamın imzalanması gözlənilir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənc alimlərin ümumi yığıncağında deyib.

O bildirib ki, akademiyanın prezidenti olaraq prezident İlham Əliyevlə görüşərək alimlərin mənzil məsələsi müzakirə edib. 

Onun sözlərinə görə, prezident İlham Əliyev də alimlərimizin mənzil problem ilə bağlı təklifə müsbət yanaşıb: “Hazırda Prezident Administrasiyasında bu məsələyə baxılır. Bununla bağlı yaxın gələcəkdə xüsusi sərəncamın imzalanması gözlənilir. Akademiyanın özünün və ya ona məxsus olan bəzi institutların torpaqlarında gənc alimlər üçün 3-ə yaxın bina inşa oluna bilər. Bu istiqamətdə hazırda müvafiq işlər görülür”.