Xəbər lenti

Bu rayonlarda qaz olmayacaq
Ölkə08:08 24.06.2013

Bu rayonlarda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı şəhərinin Sabunçu, habelə Yevlax rayonu və Mingəçevir şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

ARDNŞ-in «Azəriqaz» İB-dən verilən məlumata görə, təmir işləri ilə əlaqədar iyunun 24-də saat 19:00-dək «Nardaran» Qazpaylayıcı Stansiyasından qidalanan «Savalan» ölçü qovşağında, «Mingəçevir» Qazpaylayıcı Stansiyasından Mingəçevir şəhərinə və Yevlax rayonunun Tanrıqulular kəndinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Nardaran kəndinə, Mingəçevir şəhərinə və Yevlax rayonunun Tanrıqulular kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info