Xəbər lenti

2 rayonda qaz olmayacaq
Ölkə05:46 20.06.2013

2 rayonda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Goranboy rayonu və Naftalan şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün 20 iyun tarixində saat 10:00-dan 18:00-dək “Goranboy” Qazpaylayıcı Stansiyasından Goranboy rayonu və Naftalan şəhərinə gedən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Goranboy rayonu və Naftalan şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info