
Daxili İşlər Nazirliyi sistemində yeni kadr dəyişikliyi həyata keçirilib.
“Qafqazinfo”ya etibarlı mənbədən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəis müavini, mayor Zaur Məmmədov tutduğu vəzifədən azad edilərək Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə rəis təyin olunub.