Xəbər lenti

Cəbhədə vəziyyət gərginləşib
Ölkə05:12 17.06.2013

Cəbhədə vəziyyət gərginləşib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qaynar.info