
Bakının Nobel prospektində ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Trend-in məlumatına görə, qəza saat 22:00 radələrində 59 saylı məktəbin qarşısında baş verib.
Məlumata görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarə etməni itirərək, yolun qarşı tərəfinə keçib. Nəticədə "Mercedes" qarşı yolla hərəkət edən "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən isə "VAZ-2107" hərəkət edən "Lexus" markalı avtomobilə dəyib.