Xəbər lenti

Bakı-Qazax yolunda dəhşətli qəza
Ölkə04:33 03.06.2013

Bakı-Qazax yolunda dəhşətli qəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

KamAz-la toqquşan BMW tanınmaz hala düşdü

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 53-cü kilometrliyində BMW markalı minik avtomobili ilə KamAZ markalı yük avtomobili toqquşub.

Qaynar.info-nun FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə BMW markalı nəqliyyat vasitəsi ağır deformasiyaya uğramış və avtomobildə olan sərnişin Nəzirov Elçin Novruzağa oğlu hadisə zamanı həlak olmuşdur.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həlak olmuş şəxsin meyitini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:39-da başa çatıb.

Qaynar.info