Xəbər lenti

Bakıda bomba həyəcanı
Ölkə05:06 31.05.2013

Bakıda bomba həyəcanı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 3 körpüyə partlayıcı qurğu qoyulması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Qaynar.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatda Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulduğu bildirilib.

FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər.

Nəticədə qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.

Əməliyyat mayın 31-i saat 06:52-də başa çatıb.

Qaynar.info