Xəbər lenti

İTV-də yeni təyinatlar
Ölkə11:17 03.05.2013

İTV-də yeni təyinatlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub.

“Media forum” saytının məlumatına görə, Əlabbas Quliyev və Oqtay Bayramov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavinləri, Fuad Vəlixanov isə proqram direktoru təyin olunub.

Yeni təyinatlar İctimai Televiziya və Radio Yayımları Şurasının iclasında təsdiqlənib.

Aprelin 22-də İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib. İki dönəm bu vəzifəni tutan İsmayıl Ömərovu Cəmil Quliyev əvəz edib.

Qaynar.info