
Adı külli miqdarda pul yeyintisində hallanan bölmə rəisinə yüksək vəzifə verilib
Daxili İşlər Nazirliyi sistemində kadr dəyişikliyi aparılıb. AzNews.az-a daxil olan məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4 - cü polis bölməsinin rəisi Natiq Qasımov yeni təyanat alıb. Bundan sonra o, Kürdəmir rayon Polis İdarəsinə rəhbərlik edəcək.
Məlumat üçün bildirək ki, Namiq Qasımovun adı daha ötən il “Fera” MMC tərəfindən işə götürülən və Yevlax-Muğanlı yolunun çəkilişində işləmələrinə baxmayaraq, əmək haqlarını ala bilməməkdən şikayət edən bir qrup işçinin şikayətində hallandırılmışdı. İşçilər əmək haqlarını ala bilmədiklərinə görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə şikayət etsələr də, bölmə rəisinin onlara kömək etmək əvəzinə pullarını mənimsədiyini iddia etmişdilər. Belə ki, işçilər şirkətin onlara ödəmək üçün polis bölməsinə verdiyi pulun 50 faizinin rəis tərəfindən mənimsənildiyini bildirirdilər.
Qaynar.info