Xəbər lenti

Yol polisindən sürücülərə müraciət
Ölkə05:15 24.04.2013

Yol polisindən sürücülərə müraciət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Ağsu aşırımında qatı duman var.

K. Əliyev sürücüləri göstərilən istiqamətdə görünüş məsafəsi  məhdudlaşdığından alternativ yollardan istifadə etməyə çağırıb.

Şöbə rəisi bununla belə, respublikanın avtomobil yollarında heç bir problem olmadığını qeyd edib.

Qaynar.info