Xəbər lenti

Sabah imtahan olacaq
Ölkə11:01 20.04.2013

Sabah imtahan olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 21-də Azərbaycanda ali məktəbə hazırlaşan abituriyentlər üçün növbəti sınaq imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, sınaq imtahanı respublikanın 28 şəhər və rayonunda 49 binada təşkil olunacaq. İmtahanda 35 minə yaxın abituriyentin iştirakı gözlənilir.


Sabahkı sınaq imtahanı TQDK-nın bu il ərzində keçirdiyi sayca 3-cü, yeni kitabça ilə olan 2-ci imtahanıdır. Sonuncu sınaq imtahanı mayın 26-da keçiriləcək.