
Xəzər dənizinin Rusiyaya aid sektorunda 5.4 bal gücündə zəlzələ baş verib.
Qaynar.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmiləri məlumat yayıblar.
Nazirlik rəsmiləri zəlzələnin episentrinin Maxaçqala şəhərinin 54 kilometr yaxınlığında olduğunu deyiblər.
Zəlzələnin Maxaçkala, İzberbaş, Dərbənd və digər şəhərlərdə hiss edildiyi bildirilir.
Rəsmilər dağıntı və tələfatların olmadığını bildiriblər.
Qaynar.info