Xəbər lenti

Cəbhədə vəziyyət gərginləşdi
Ölkə06:15 13.04.2013

Cəbhədə vəziyyət gərginləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni silahlı bölmələri yenidən atəşkəsi pozub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçuayrım kəndləri yaxınlığında yerləşən mövqelərimizi  atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Tərtər rayonunun Çiləbürt və Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qaynar.info