Xəbər lenti

Erməni əsgər öldü
Dünya18:25 10.05.2014

Erməni əsgər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan ordusunun əsgəri ölüb.

Qaynar.info anspress-ə istinadən xəbər verir ki, sıravi Nerses Karapetyan başından güllə yarası alaraq keçinib. Bu gün səhər saatlarında erməni hərbi qulluqçunun meyidi hərbi hissələrdən birində tapılıb. 

Müqavilə əsasında Ermənistanın şimal şərq hissəsindəki hərbi hissələrdən birində xidmət edən Nerses Kazaraviç Karapetyan başından güllə yarası alıb. 

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbçi hospitala aparılarkən yolda ölüb. Hadisənin necə baş verməsi barədə məlumat verilməyib. 

Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır.

Qaynar.info