Ukrayna Müstəqil Dövlətlər Birliyini tərk etmək qərarına qəlib.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy bəyan edib.
Onun sözlərinə görə, müvafiq qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında qəbul olunub.
Parubiy Ukraynanın ərazi bütövlüyünün qarantı olan ölkələrin hərbçiləri ilə birgə hərbi təlimlərin keçirilməsi haqqında müraciətin üzərində işlədiklərini bildirib.