Qərbi Virciniya ştatında zavoddan kimyəvi sızma baş verib
Amerika Birləşmiş Ştatlarının Qərbi Virciniya ştatında zavoddan kimyəvi maddə sızması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib. ANS PRESS-in Associated Press-ə istinadən verdiyi məlumata görə, hələlik məlum olmayan səbəblərdən kimyəvi maddə Çarlston şəhərində yerləşən Elk çayına axıb.
Mütəxəssislərin məlumatına görə, sızan maddə metilsikloheksandır və o hətta böyük həcmdə belə insan həyatı üçün təhlükə törətmir. Buna baxmayaraq, Qərbi Virciniya ştatının 5 dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Regionun 100 min sakini qadağa zonasına düşüb. Onlar evlərinə gələn sudan yalnız texniki məqsədlər üçün istifadə edə bilərlər.
Hələlik kimyəvi maddə sızmasının həcmi müəyyənləşdirilməyib. Ştatda içməli suyun çirklənməsinə görə məsuliyyət daşıyan zavod «Freedom Industries» sənaye-kimya zavoduna məxsusdur.