Ermənistanın paytaxtı İrəvanda vəziyyət yenidən gərginləşir.
Anspress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Qarabağ müharibəsi iştirakçıları Azadlıq meydanında ölkədəki vəziyyətdən narazı olanların yeni mitinqi keçirilib.
"Qarabağ" komitəsinin keçmiş üzvi Aşot Manuçaryan Azadlıq meydanında baş verən mitinqi hərbi şuranın açıq iclası adlandırıb.
Mitinqdə həmçinin "Arabo" batalyonunun komandiri Manvel Eqiazaryanda çıxış edib. O, qeyd edib ki, son 20 il ərzində Ermənistan ciddi səhvlərə yol verib və bu gün onlara qayıtmamaq lazımdır.O hamını daha güclü olmağa və çətinliklərdən qorxmamağa çağırıb.
"Bəzən biz nəyisə deməkdən qorxuruq, bunun üçün də bu cür vəziyyətə düşmüşük".
Xalqa müraciət edən Eqizaryan müharibə iştirakçısı olanların sona kimi mübarizələrini davam etdirəcəyini, onların ölkəni tərk etmək niyyətində olmadığını deyib.
Qeyd edək ki, sentyabrın 5-də onlar növbəti mitinqi keçirməyə hazırlaşırlar. "İrs" partiyasının lideri Raffi Ovannisyan da ötən həftə baş tutan ictimai dinləmələr zamanı müharibə iştirakçılarının mübarizəsinə qoşulacağını demişdi.
Qaynar.info