Xəbər lenti

"Twitter" çökdü
Dünya05:47 04.06.2013

"Twitter" çökdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən məşhur sosial şəbəkələrindən biri hesab olunan "Twitter"də texniki nasazlıq baş verib.

Qaynar.info sosial şəbəkənin rəsmi bloquna istinadən bildirir ki, dünən gecə Bakı saatıyla təqribən 01:40 radələrindən etibarən 45 dəqiqə ərzində bütün dünyada sosial şəbəkəyə giriş mümkün olmayıb. "Twitter" rəsmiləri bunun texniki bir problem olduğunu və qısa müddətdə həll olunaraq artıq fəaliyyətini tam şəkildə bərpa etdiyini açıqlayıblar. 

Həmçinin, qeyd edək ki, serverin həddindən artıq yüklənməsindən meydana gələn bu problemin Türkiyədəki "Gezi" aksiyalarının təşkilatında mühüm rol oynamasının səbəb olduğu deyilir. Son 6 saatda sadəcə Türkiyədən 20 milyondan çox statusun (tweet) yazıldığı sosial şəbəkənnin fəaliyyəti artıq tam şəkildə bərpa olunub.

Qaynar.info