Xəbər lenti

Azərbaycanda zəlzələ oldu
Ölkə10:16 21.09.2017

Azərbaycanda zəlzələ oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Balakən rayonu ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qaynarinfo"ya verilən məlumata görə, maqnitudası 3.8, dərinliyi 5 km olan təkanlar yerli vaxtla saat 13:06:11-də Balakən rayonu ərazisində olub.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Report-un məlumatına görə, zəlzələ həmçinin Zaqatalada da hiss olunub.

Yerli sakinlər təkanların güclü olduğunu bildiriblər.

Qaynarinfo.Az