Xəbər lenti

Tanınmış jurnalistə vəzifə verildi
Ölkə12:50 04.12.2017

Tanınmış jurnalistə vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın yeganə fransızdilli "Le Carrefour” qəzetinin baş redaktoru Zeynəb Kazımova Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri təyin olunub.
Qaynarinfo xəbər verir ki, jurnalist bu barədə "Facebook" səhifəsində məlumat paylaşıb. O bildirib ki, bu gündən etibarən vəzifəsinin icrasına başlayıb:
"Azərbaycan Xalça Muzeyi ilə bağlı sizi maraqlandıran bütün sual, sorğu və müraciətlərinizi cavablandırmağa hazıram. Sizinlə işləmək mənim üçün həmişə xoşdur”.
Qeyd edək ki, Zeynəb Kazımova bundan əvvəl Bakı Ali Neft Məktəbində və Azərbaycan Dillər Universitetində mətbuat katibi işləyib.