Xəbər lenti

Azərbaycan nefti ucuzlaşdı
Ekonomiks19:40 29.01.2018

Azərbaycan nefti ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 71,84 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,34 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 71,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 68,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 70,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,55 dollar/barel azdır.