Xəbər lenti

Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır
Ölkə11:10 27.04.2018

Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.
Bu barədə Qaynarinfo-ya Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər.