Xəbər lenti

Şəhidimiz torpağa tapşırıldı
Ölkə11:31 21.07.2018

Şəhidimiz torpağa tapşırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın şəhid olan əsgəri dəfn edilib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Səməd Anar oğlu Alışov Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb. 
Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Allah rəhmət eləsin!